Bank Of Baku

Kurmanbek Bakiyev: “İstefa ərizəm qanuni sayıla bilməz, çünki onu təzyiq altında yazmışam”

Kurmanbek Bakiyev: “İstefa ərizəm qanuni sayıla bilməz, çünki onu təzyiq altında yazmışam”
# 23 aprel 2010 12:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Minskdə mətbuat konfransı keçirən Bakiyev sürgündə mühacirət hökuməti yaratmaq niyyətində olmadığını da vurğulayıb. Sabiq prezident bildirib ki, istefa verdiyi barədə ərizə qanuni sayıla bilməz: “Çünki bu ərizəni təzyiq altında yazmışam və bu sənət qanuni sayıla bilməz. Çünki prezidentin istefası parlament tərəfindən qəbul olunmalıdır”. O, Rusiyanın baş naziri Vladimir Putinin məsləhəti ilə istefa verdiyini bildirib. Xatırladaq ki, Kurmanbek Bakiyev bundan əvvəl Qırğızıstana prezident qismində qayıtmaq niyyətində olmadığını bəyan etmişdi. Hazırda Minskdə olan Bakiyev növbəti mərhələdə hansı addımlar atacağını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR