Bank Of Baku

Timoşenko: Yanukoviç və Medvedev gizli saziş imzalayıblar

Timoşenko: Yanukoviç və Medvedev gizli saziş imzalayıblar
# 24 aprel 2010 02:12 (UTC +04:00)
Bakı-APA. Ukrayna və Rusiya prezidentlərinin Xarkov görüşündə aviasiya sahəsində birgə müəssisə yaratmaq barədə saziş imzalanıb. Bu barədə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bəyan edib.

«Necə olub ki, Xarkov görüşündə daha bir sazişin imzalanmasını Ukraynada heç kim bilməyib?», deyə Timoşenko soruşub.

Timoşenko bu barədə məlumatı Zaporojye şəhərinin merindən aldığını bildirib.

«Bu sazişə əsasən biz intellektual mülkiyyətimizi hansısa naməlum birgə müəssisəyə veririk. Bu müəssisənin isə 51%-i Ukraynanın olmayacaq və sazişə görə müşahidə şurasının sədri başqa dövlətin vətəndaşı olacaq», deyə keçmiş baş nazir əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR