Bank Of Baku

Serj Sarkisyan: “Biz Türkiyəyə qapını qapatmamışıq, lakin bundan sonra hər hansı addım atmayacağıq”

Serj Sarkisyan: “Biz Türkiyəyə qapını qapatmamışıq, lakin bundan sonra hər hansı addım atmayacağıq”
# 24 aprel 2010 10:15 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindən imtina etmədiklərini, lakin bundan sonra prosesin Ankaradan asılı olduğunu bildirib. APA-nın xəbərinə görə, S. Sarkisyan “RİA Novosti”yə müsahibəsində bəyan edib ki, Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasiyasını dayandırması dialoqun sona yetməsi demək deyil: “Biz qapını qapatmamışıq. Lakin bundan sonra hər hansı addım da atmayacağıq. Biz Türkiyədə müvafiq atmosferin, Ankarada münasibətlərin normallaşmasına hazır olan rəhbərliyin olduğunu görsək, buna əmin olsaq, irəli addımlamaq imkanını nəzərdən keçirəcəyik”.

S. Sarkisyan protokolların ratifikasiyası prosesini bərpa etmək üçün Ankara ilə hər hansı şərtin müzakirəsinin istisna olunduğunu söyləyib: “Beynəlxalq ictimaiyyət də çox dəqiq qeyd edib ki, protokolların qısa müddət ərzində və qeyd-şərtsiz ratifikasiyasını vacib sayır. Türkiyə bu testin hər iki elementini heçə çıxarıb”.

Ermənistan prezidenti Türkiyə ilə “soyqırım” məsələsinin müzakirəsini də mümkünsüz sayıb və bu məsələnin araşdırılması üçün tarixçilərdən ibarət komissiya yaradılması barədə Ankaranın təklifini lüzumsuz adlandırıb: “Soyqırım faktı deyil, soyqırımın nəticələrinin ardan qaldırılması məsələləri müzakirə oluna bilər”. S. Sarkisyanın sözlərinə görə, protokollarda dövlətlərarası komissiyaların yaradılması nəzərdə tutulur, bu komissiyalardan biri də tarixi xarakterli məsələlərlə məşğul olmalıdır: “Lakin soyqırım faktının müzakirəsindən söhbət gedə bilməz. Həm də unutmayın ki, bu, diplomatik münasibətlərin qurulmasından sonra yaradılacaq hökumətlərarası komissiyadır, ekspert komissiyası yox”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR