Bank Of Baku

Ukrayna müxalifəti etiraz aksiyalarına başlayıb

Ukrayna müxalifəti etiraz aksiyalarına başlayıb
# 24 aprel 2010 11:45 (UTC +04:00)
Bakı – APA. Ukrayna müxalifəti Ali Radanın binası qarşısında etiraz aksiyası keçirib. APA-nın “Korrespondent” portalına istinadən verdiyi məlumata görə, mitinqdə çıxış edən müxalifət lideri, sabiq baş nazir Yuliya Timoşenko xalqı Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukrayna ərazisində qalmasına dair sazişin ratifikasiyasının müzakirə olunacağı aprelin 27-də parlamentin qarşısına toplaşmağa çağırıb: “Həftənin ikinci günü saat 10-da buraya toplaşın. Biz isə parlamentdə demokratik qüvvələri elə birləşdirməyə çalışacağıq ki, Ali Radaya Ukraynanın bəlaları üstündə pul qazanmağa, ölkənin maraqlarını başqa dövlətlərə paylamağa gələnlər müqavimətlə üzləşsinlər. Onlar bu müqavimətlə üzləşəcəklər. Lakin müqavimət sistemli və dəqiq olmalıdır. Ona görə də hər biriniz ikinci gün özünüzlə onlarla adam gətirin”.
Y. Timoşenko deyib ki, bütün müxalif qüvvələr birləşməli və çiyin-çiyinə dayanmalıdır. O bildirib ki, Viktor Yanukoviç və Dmitri Medvedev arasında imzalanmış sənəd ratifikasiya olunarsa Ukrayna öz ərazisinin bir hissəsini itirə bilər, ölkənin suverenliyi məhdudlaşdırılar və cəmiyyət parçalanar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR