Bank Of Baku

Çeçenistan daxili işlər orqanlarının bütün şəxsi heyəti aprelin 28-dən mayın 10-na qədər gücləndirilmiş iş rejimində çalışacaq

Çeçenistan daxili işlər orqanlarının bütün şəxsi heyəti aprelin 28-dən mayın 10-na qədər gücləndirilmiş iş rejimində çalışacaq
# 24 aprel 2010 13:36 (UTC +04:00)
Bakı – APA. “Ekstremistlər mayın 9-da terror aktları keçirməyə cəhd göstərə bilər. Bununla əlaqədar Çeçenistan milisi gücləndirilmiş iş rejiminə keçəcək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın daxili işlər naziri Rəşid Nurqəliyev deyib. Çeçenistan Daxili İşlər Nazirliyində keçirilən müşavirədə çıxış edən nazir bildirib ki, Qələbə Gününə həsr olunmuş kütləvi-mədəni tədbirlərə hazırlıq zamanı və bu tədbirlər keçirilərkən terrorçuların başçılarının səs-küylü aksiyalara cəhd edəcəyi istisna olunmur: “Biz buna yol verməməliyik. Daxili işlər orqanlarından çeviklik və istənilən məqamda ekstremistlərə cavab vermək bacarığı tələb olunur. Bununla əlaqədar Çeçenistan Respublikasının daxili işlər orqanlarının bütün şəxsi heyəti aprelin 28-dən mayın 10-na qədər gücləndirilmiş iş rejiminə keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR