Bank Of Baku

Vladimir Putin aprelin 26-da Ukraynaya təcili səfər edəcək

Vladimir Putin aprelin 26-da Ukraynaya təcili səfər edəcək
# 24 aprel 2010 16:37 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir ki, əldə olunan razılığa əsasən Rusiya hökumətinin başçısı Vladimir Putin aprelin 26-da Ukraynaya işgüzar səfərə yollanacaq.

Xatırladaq ki, aprelin 21-də Rusiya və Ukrayna prezidentləri Xarkovda Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukraynada qalmasına dair saziş imzalayıblar. Bu isə Ukraynada daxili siyasi vəziyyətin gərginləşməsinə səbəb olub. Saziş ratifikasiya üçün aprelin 27-də Ali Radanın müzakirəsinə çıxarılacaq. Həmin gün müxalifət Ali Radanın binası qarşısında mitinq keçirmək, parlamentdə isə səsverməni əngəlləmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR