Bank Of Baku

Qırğızıstanın sabiq daxili işlər naziri Moskvada yaxalanaraq Bişkekə aparılıb

Qırğızıstanın sabiq daxili işlər naziri Moskvada yaxalanaraq Bişkekə aparılıb
# 26 aprel 2010 07:17 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, M. Konqantiyev Rusiya Federal Təhlükəsizlik Xidməti və Qırğızıstan xüsusi xidmət orqanların əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində yaxalanıb. O, hazırda Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır.

Xatırladaq ki, M. Konqantiyev aprelin 6-da Qırğızıstanda keçirilən kütləvi aksiyalar zamanı Talasda girov götürülüb. Onun öldürüldüyü barədə xəbər yayılsa da, daha sonra nazirin vəhşicəsinə döyüldüyü və sağ olduğu açıqlanıb. M. Konqantiyevin həyat yoldaşı 40 min dollar ödəyərək onu girovluqdan qurtarıb və əvvəlcə Qazaxıstana, oradan isə müalicə məqsədilə Moskvaya aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR