Bank Of Baku

Aleksandr Lukaşenko: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının perspektivi yoxdur”

Aleksandr Lukaşenko: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının perspektivi yoxdur”
# 26 aprel 2010 09:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını perspektivsiz adlandırıb. APA-nın “Gazeta.ru” portalına istinadən verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, təşkilat hazırkı vəziyyətdə qalsa, onun heç bir perspektivi olmayacaq.

Qırğızıstanda baş verən hadisələrdən danışan prezident aşağıdakıları bildirib: “Bu necə təşkilatdır ki, onun üzvü olan ölkədə qan tökülür, dövlət çevrilişi baş verir? Sükut, sıfır. Niyə? Başa düşmək çətin deyil. Belə davam etsə, sizi əmin edirəm ki, bu təşkilatın heç bir perspektivi yoxdur”.

Qurumun yaxın günlərdə keçiriləcək sammitində iştirakı ilə bağlı sualı cavablandıran A. Lukaşenko bəyan edib ki, gedib-getməyəcəyini hələ müəyyənləşdirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR