Omurbek Tekebayev: “Kurmanbek Bakiyev istefa ərizəsini ATƏT sədrinə şəxsən təqdim etmişdi” – MÜSAHİBƏ - EKSKLÜZİV
- Omurbek Çerkeşeviç, prezident Kurmanbek Bakiyevin hakimiyyətdən uzaqlaşdırılmasının səbəbi nə idi?
- Bakiyev ölkədə ailə-kriminal idarəetmə forması yaratmışdı. Əgər bir ölkədə faktiki olaraq konstitusion hakimiyyət orqanları fəaliyyət göstərmirsə, yaxın qohumların arzusu qanunun aliliyindən yüksəkdə durursa, qohumlar parlamentə, nazirliklərə və digər qurumlara öz istəklərini diktə edə bilirsə, dövlət siyasəti bir ailənin və onun konkret üzvlərinin maraqlarına tabe edilibsə, bu, xalq əleyhinə rejimdir və yürüdülən dövlət siyasəti xalqın maraqlarına qarşı yönəlmiş olur. Təbii ki bu cür rejimi hakimiyyətdə yalnız güc yolu ilə saxlamaq olardı. Bakiyev öz siyasi opponentlərini, jurnalistləri təqib edirdi. Təqib müxtəlif formalarda – işdən qovulma, müəssisələrdə yoxlamaların aparılması, qanunsuz həbslər, təhdidlər, döymə, qətl kimi formalarda həyata keçirilirdi. Xalq isə ölkədə demokratik idarəetmə üsulunun bərqərar olmasını, dövlətin siyasətinin xalqın maraqlarına cavab verməsini, ədalətli siyasət yürüdülməsini tələb edirdi. Bir çox ekspertlər bu qənaətdədir ki, xalq üsyanının səbəbi elektrik enerjisi və digər kommunal xidmətlərin qiymətinin bahalaşması oldu. Məncə, bu, düzgün fikir deyil. Bəlkə də qiymət artımı xalqın səbir kasasında son damlanı daşdırdı, proseslərin inkişafına səbəb oldu. Lakin hər halda ədalətsizlik hökm sürürdü, hər kəs azad cəmiyyətin formalaşmasını istəyirdi. Elə bir cəmiyyət ki, orada varlı şəxslər və ya dövlət məmurları sadə insanların ləyaqətini alçalda bilməsinlər. Üsyanın və inqilabın əsas səbəbi ayrı-ayrı insanların, ümumilikdə xalqın şərəf və ləyaqətinin alçaldılması idi.
- Müvəqqəti Hökumət baş verən son hadisələr fonunda milli zəmində münaqişələrin, vətəndaş müharibəsinin qarşısını almaq, həmçinin respublikada vəziyyəti stabilləşdirmək üçün hansı tədbirlər görməkdədir?
- Aprelin 7-dən sonra ölkə və Müvəqqəti Hökumət qarşısında üç təxirəsalınmaz məsələ dayanırdı. Birincisi, qanunun aliliyini, respublika ərazisində ictimai asayişin, dövlət hakimiyyətində şaquliliyin bərpa olunması idi. İkinci hədəf iqtisadi və sosial xarakterli problemlərin həlli ilə bağlı idi. Üçüncü hədəf isə yeni hakimiyyətin fəaliyyətini legitimləşdirmək idi. Bu gün bütün Qırğızıstan ərazisində Müvəqqəti Hökumət tanınır. Bakiyevin tərəfdarları stabilliyi pozmağa, regionlararası qarşıdurma yaratmağa, milli zəmində qarşıdurma törətməyə can atsa da, buna nail olmadılar. Sabiq prezident Bakiyev bu prosesdə şəxsən iştirak edib və əvvəlcə Qazaxıstandan, sonra isə Minskdən təxribatçı bəyanatlar verməkdədir. Lakin hesab edirəm ki, onlar respublikada stabilliyi poza bilməyəcəklər. Yeni hökumət bütün dünyada de-yure olmasa da, de-fakto tanınıb. Bütün dünya Bakiyevin istefa verməsi faktını qəbul ediblər, Qazaxıstan, Rusiya və digr ölkələr bunu aşkar şəkildə bəyan ediblər.
İndi biz iqtisadi və sosial problemləri həll etməliyik. Aprel hadisələrinin nəticələri hələ də tam olaraq aradan qaldırılmayıb. Biz hazırda bunun üzərində çalışırıq, şəxsən mən Qırğızıstanın parlamentli respublikaya çevrilməsini təsdiqləyəcək Konstitusiya islahatları üzərində çalışıram. Biz yeni Konstitusiya layihələri hazırlayırıq, bu layihəyə əsasən, ölkəmiz parlamentli respublika olacaq. Konstitusiyada müxalifətin fəaliyyətinə qarantiya verən maddələr nəzərdə tutulub. Bu gün bu qarantiya və mexanizmlər müxalifəti dəstəkləyir ki, onlar real gücə çevrilərək hakim partiya ilə rəqabət apara bilsinlər. Buna görə də biz parlamentdə bir partiyanın qazana biləcəyi maksimum yerlərin sayını “50%+5 mandat” olaraq müəyyənləşdirmişik ki, hətta xalq səs versə belə, partiyalar mütləq səs çoxluğuna malik ola bilməsinlər. Bu limitin üzərində olan yerlər isə digər partiyalar arasında bölünəcək. Bəzi dövlət vəzifələrinin müxalifətə verilməsi də qanunla təsbit olunacaq. Məsələn, Auditorlar Palatasının üçdə bir hissəsini parlamentdə azlıqda qalan partiyalar müəyyənləşdirəcək, MSK-nın üçdə biri müxalifət nümayəndələrindən təyin olunacaq, parlamentdə maliyyə və vergi komitəsi, hüquq-mühafizə orqanları ilə iş, insan haq və hüquqları komitələri müxalifət təmsilçilərinə veriləcək. İndiyədək hüquq-mühafizə orqanları hakimiyyətin əlində müxalifətə və fərqli düşünən qruplara qarşı silah rolunu oynayırdı. Bu orqanların siyasətdən kənar tutulması üçün onların fəaliyyətinə nəzarəti müxalifətin ixtiyarına vermək niyyətindəyik. Bununla da güc strukturlarının siyasətdən kənar qurumlara çevrilməsi prosesi sürətlənəcək.
- Qırğızıstan-Azərbaycan münasibətlərinin yeni mərhələsinə qədəm qoyulacağı gözlənilirmi?
- Bizim xarici siyasət prioritetlərimiz dəyişməz qalır. Bu, sabiq sovet respublikaları, qonşu ölkələr, türk dövlət və xalqlarına yönəlik ənənəvi prioritetlərdir. Biz tarixən formalaşmış müəyyən tarixi prioritetlərə riayət edəcək, o cümlədən Azərbaycan xalqı və dövləti ilə dostluq münasibətlərini inkişaf etdirəcəyik.
- Müvəqqəti Hökumətin ölkənin Qərb dövlətləri ilə münasibətlərinə yenidən baxacağı gözlənilirmi?
- Qərb ölkələrinin və Avropanın öz maraqları var. Onlar demokratik dövlətlərdir və bizim siyasi partiyaların rəqabəti üzərində qurulan parlament idarəetmə üsulumuz demokratik ölkələr, o cümlədən Avropa dövlətləri və ABŞ tərəfindən anlayışla qarşılanmalı və dəstəklənməlidir.
- Bu günlərdə prezident Kurmanbek Bakiyev səlahiyyətlərindən imtina etmək barədə ərizə yazmasına rəğmən, Minskdə jurnalistlərlə görüşündə Müvəqqəti Hökuməti tanımadığını və özünün Qırğızıstan prezidenti olaraq qaldığını bəyan etdi. Bakiyevin bu bəyanati respublikadakı siyasi vəziyyətə, Qırğızıstanla Bakiyevin sığınacaq tapdığı Belarusla əlaqələrinə necə təsir edəcək?
- Bakiyevin bu xarakteri Qırğızıstanda hamıya çoxdan məlumdur. O Konstitusiyanı imzalayır, bir gün sonra isə imzasından imtina edirdi, xalq qarşısında and içir, bir neçə gün sonra andından imtina edirdi. Dünya birliyi ilk dəfə Bakiyevin gerçək üzünü görə bildi. Bakiyev üçün ABŞ, Rusiya və Qazaxıstan hökumətləri qarantiya durmuşdular. BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar onu dəstəkləyirdi. Vasitəçilik missiyasını və danışıqları məhz bu təşkilatlar həyata keçirirdi. Qeyd edim ki, Müvəqqəti Hökumət prinsipial olaraq danışıqlar aparmayıb. O istefa ərizəsini ATƏT-in fəaliyyətdə olan sədrinə, Qazaxıstanın xarici işlər nazirinə təqdim edib, sənədin əsli Müvəqqəti Hökumətə göndərilib. Bakiyev bu bəyanatları isə kim olduğunu bütün dünyaya nümayiş etdirdi. Düşünürəm ki, onun tərəfdarları Bakiyevin bu addımı ilə ağır zərbə almış oldular. Hətta bu cür ikiüzlü bəyanatlarda sonra belə onun tərəfdarları Bakiyevin nəzəri baxımdan nəinki prezident, heç siyasətçi kimi də ölkəyə qayıdacağına inanmırlar.
- Müvəqqəti hökumət tərəfindən respublikada yaranmış iqtisadi və sosial vəziyyətdən çıxmaq üçün hansı addımlar atılır?
- Hökumət ilk növbədə aprel hadisələri nəticəsində meydana çıxmış, həlli zəruri olan problemləri həll etməkdədir. Qalan məsələlərdə isə biz milli istehsala, ilk növbədə kənd təsərrüfatına dəstək siyasəti yürüdürük. Tezliklə ölkədə seçkilər keçiriləcək, bütün partiyalar, o cümlədən Müvəqqəti Hökumətdə təmsil olunan partiyalar öz iqtisadi proqramlarını irəli sürəcəklər. Hesab edirəm ki, seçkilərdən sonra dövlətin əsas iqtisadi proqramı dəqiqliklə müəyyənləşəcək. Bu gün biz milli iqtisadiyyatın öz funksiyasını stabil şəkildə həyata keçirməsinə nail olmaq istəyirik. Hökumətin gələcək prioritetləri seçkiqabağı mübarizədə üzə çıxacaq və seçkilərdən sonra dövlət proqramı şəklində həyata keçiriləcək.
MDB
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Xəbər Lenti
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb