Bank Of Baku

Ukraynada içərisində rusiyalı tələbələr olan avtobus çevrilib

Ukraynada içərisində rusiyalı tələbələr olan avtobus çevrilib
# 26 aprel 2010 19:07 (UTC +04:00)
Bakı-APA. Ukraynanın Çerniqov vilayətində içərisində rusiyalı tələbələr olan avtobus çevrilib.

İlkin məlumatlara görə, sürücü təhlükəsiz sürət rejiminə riayət etməyib və idarəetməni itirib.

Hadisə nəticəsində 9 sərnişin xəsarət alıb. Onların hamısı Kozeletsk mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Avtobus Pskov pedaqoji universitetinin (Rusiya Federasiyası) nümayəndə heyətini Kiyev Draqomanov adına universitetinə aparırmış.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR