Bank Of Baku

Medvedev: «İran özünü məsuliyyətsiz aparır»

Medvedev: «İran özünü məsuliyyətsiz aparır»
# 27 aprel 2010 00:59 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev rəsmi Tehranın dünya ictimaiyyətinin İranın nüvə proqramı barədə rəyinə anlayışla yanaşmadığı halda sanksiyaların tətbiqini mümkün hesab edir.

Rusiyanın dövlət başçısı Kopenhagenə səfəri ərəfəsində Danimarka Radio Verilişləri Korporasiyasına verdiyi müsahibədə İranın nüvə proqramı probleminin çoxdan müzakirə olunduğunu bildirib: «Hələlik İran lazımi anlayışı göstərmir, özünü məsuliyyətsiz aparır. Əlbəttə, bu, acınacaqlıdır. Əgər bu cür vəziyyət gələcəkdə də davam etsə, biz özümüz üçün heç nəyi, o cümlədən, sanksiyaları istisna etmirik. Əlbəttə sanksiyalar yaxşı bir şey deyil. Çünki onlar nadir hallarda nəticə verir. Amma əgər başqa təsir üsulları tükənibsə, niyə də olmasın», deyə Medvedev bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR