Bank Of Baku

Kiyevdə milislə müxalifət tərəfdarları arasında toqquşmalar baş verib

Kiyevdə milislə müxalifət tərəfdarları arasında toqquşmalar baş verib
# 27 aprel 2010 10:23 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukraynada qalmasına dair sazişin ratifikasiyasına etiraz edən müxalifət tərəfdarları parlamentin ətrafındakı küçələrə toplaşıb. APA-nın “UNİAN” və “Ukrainskaya pravda” xəbər portallarına istinadən yaydığı məlumata görə, “Yuliya Timoşenko” bloku, “Bizim Ukrayna” Partiyası, “Azadlıq” Ümumukrayna Birliyi, “Ukrayna platforması” və digər milli yönümlü siyasi qüvvələrin minlərlə tərəfdarı Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevski küçəsindən yürüşlə Ali Radanın qarşısına keçməyə cəhd göstərib. Mitinqçilərlə “Berkut” xüsusi təyinatlı milis dəstəsinin üzvləri arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarını nümayəndələri kütlənin qarşısını salmağa çalışır. Milis kordonunu yarmağa nail olan bəzi şəxslər həbs edilib. Aksiyaya dəstək verən keçmiş prezidenti Viktor Yuşşenko Ali Radanın binasına daxil olub.
Müxalifətçilərin olduğu küçənin qarşısında isə Regionlar Partiyasının tərəfdarları topalaşıb. Müxalifət və iqtidar tərəfdarlarının arasına milis kordonu düzülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR