Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenko ilə birləşmək fikrində deyil

Viktor Yuşşenko Yuliya Timoşenko ilə birləşmək fikrində deyil
# 27 aprel 2010 13:53 (UTC +04:00)
Bakı – APA. Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko hakimiyyətlə mübarizədə Yuliya Timoşenko ilə birləşməyəcəyini bəyan edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Ali Radanın binasından çıxarkən jurnalistlərin bu mövzuda sualını cavablandırıb: “Timoşenko ilə birləşmək nə deməkdir, mənə deyə bilərsinizmi? Mən iki dəfə Timoşenko ilə birləşdim və nəticə eyni oldu – demokratik, vətənpərvər qüvvələr daha dərindən parçalandı”.

Sabiq dövlət başçısının fikrincə, Ukraynada demokratik hərəkat problemi var və müxalifət qüvvələrinin heç kimi məhv etməyən konsolidasiyası lazımdır: “Bizi Yanukoviç məğlub etməyib. Yuşşenkonun ətrafındakı qırğın Yanukoviçdən, yaxud da Simonenkodan qaynaqlanmırdı, onların mövqeyi ilə yox, siyasi qeyri-korrektlik, milli prioritetlərin olmaması və “hakimiyyətdə sən hardasan” düşüncəsi ilə bağlı idi”.

V. Yuşşenkonun sözlərinə görə, Y. Timoşenko 2009-cu il yanvarın 19-da Rusiya ilə qaz razılaşmalarını imzalayaraq Ukraynanın iqtisadi maraqlarını, prezident Yanukoviç isə 2010-cu il aprelin 21-də Rusiya ilə imzaladığı sazişlə ölkənin siyasi maraqlarını satıb”.

Sabiq prezidenti hesab edir ki, mövcud hakimiyyət uzun sürməyəcək, lakin bu iqtidarla mübarizə hər kəsdən asılıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR