Bank Of Baku

Viktor Yanukoviç: “Yaranmış situasiyada “dondurulmuş münaqişələr”in olduğu ərazilərə müstəqillik verilməsi meyarlarını nəzərdən keçirməyin vaxtı çatıb”

Viktor Yanukoviç: “Yaranmış situasiyada “dondurulmuş münaqişələr”in olduğu ərazilərə müstəqillik verilməsi meyarlarını nəzərdən keçirməyin vaxtı çatıb”
# 27 aprel 2010 15:57 (UTC +04:00)
APA-nın “Ukrainskaya pravda” portalına istinadən yaydığı məlumata görə, Strasburqda Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüşən V. Yanukoviçə Abxaziya və Cənubi Osetiya ilə bağlı sual ünvanlanıb. O, suala belə cavab verib: “Ukrayna demokratiya dəyərlərinin və “dondurulmuş münaqişələr”in mövcud olduğu ərazilərin xalqlarının hüquqlarının bərabərliyi prosesini dəstəkləməyə hazırdır”.

V. Yanukoviç ikili standart praktikasının tətbiqinin qəti əleyhinə olduğunu söyləyib: “Yaranmış situasiyada “dondurulmuş münaqişələr”in olduğu ərazilərə müstəqillik verilməsi meyarlarını, eləcə də bu münaqişələrin lokallaşdırılmasına yönəlmiş yanaşmaları nəzərdən keçirməyin vaxtı çatıb”.

V. Yanukoviç açıqlamasında hər hansı ərazinin adını çəkməyib.

Ukrayna jurnalistləri yeni prezidentin siyasi savadsızlığına işarə edərək onun daha əvvəl Kosovo və Çernoqoriyanı, eləcə də Cənubi Osetiya ilə Şimali Osetiyanı tez-tez səhv saldığını xatırladıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR