Bank Of Baku

Qırğızıstan Baş Prokurorluğu: Kurmanbek Bakiyevin korrupsiya əməlləri nəticəsində dövlətə 43,5 milyon dollar ziyan dəyib

Qırğızıstan Baş Prokurorluğu: Kurmanbek Bakiyevin korrupsiya əməlləri nəticəsində dövlətə 43,5 milyon dollar ziyan dəyib
# 28 aprel 2010 10:12 (UTC +04:00)
APA-nın məlumatına görə, Baş Prokurorluq bu rəqəmlərin ilkin hesablamalar nəticəsində meydana çıxdığını, rəqəmin arta biləcəyini bəyan edib. Hazırda Bakiyevin yaxın ətrafının korrupsioner əməlləri ilə bağlı 23 cinayət işi açılıb. Bu işlərdən biri üzrə, azərbaycanlı, Böyük Britaniya vətəndaşı, “Flexi Communications” PR şirkətinin rəhbəri Vüqar Xəlilov da həbs olunub. Bakiyevin kiçik oğlu Maksimlə işbirliyində olan buş şəxsin iqtidarın cinayətkar yollarla əldə etdiyi vəsaiti leqallaşdırmağa kömək etdiyi bildirilir. Bundan başqa MGN Groupun sabiq baş direktoru Yevgeni Qureviçə qarşı da qiyabi ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR