Bank Of Baku

Əsgər Akayev Qırğızıstana qayıda bilər

Əsgər Akayev Qırğızıstana qayıda bilər
# 28 aprel 2010 11:52 (UTC +04:00)
Bakı – APA. Qırğızıstan müvəqqəti hökumətinin rəhbərinin müavini Omurbek Tekebayev keçmiş prezident Əsgər Akayevin ölkəyə dönüşünü istisna etmir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, O. Tekebayev Ə. Akayevə məsləhət görüb ki, qayıtmaq istəsə, oktyabrda keçiriləcək parlament seçkisindən sonra buna qərar versin: “Onun indi qayıtması müxtəlif arzuolunmaz söz-söhbətlərə səbəb ola bilər”.

O. Tekebayev Ə. Akayevin eks-prezident statusunun qaldığını və müvəqqəti hökumətin onu bu statusdan məhrum etməyi düşünmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR