Bank Of Baku

Moskva merinin iddiası əsasında Vladimir Jirinovski 1 milyon rubl cərimələnib

Moskva merinin iddiası əsasında Vladimir Jirinovski 1 milyon rubl cərimələnib
# 28 aprel 2010 14:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya paytaxtının Savelovsk rayon Məhkəməsi Moskva meri Yuri Lujkovun Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovsiyə qarşı iddiasını təmin edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmə Y. Lujkov və paytaxt hökumətinə vurulan mənəvi zərər səbəbi ilə V. Jirinovskini 1 milyon rubl məbləğində cərimələyib.
Y. Lujkovun iddiasının digər hissəsi - Ümumrusiya Dövlət Teleradio Şirkətindən V. Jirinovskinin Moskva hökumətində korrupsiyanın mövcudluğu haqqında fikirlərinin təkzib edilməsi tələbi isə təmin olunmayıb.

Xatırladaq ki, V. Jirinovski oktyabrın 24-də Rusiya prezidenti Dmitri Medvedevə müraciət edərək Moskva merini istefaya göndərməyi xahiş etmişdi. O, Moskva hökumətini korrupsiyaya qurşanmaqda ittiham edərək Moskva şəhərini “böyük Çerkizov bazarı” adlandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR