Bank Of Baku

Gürcüstanda baş vermiş sürüşmə səbəbindən Rusiya qazının Ermənistana nəqli dayandırılıb

Gürcüstanda baş vermiş sürüşmə səbəbindən Rusiya qazının Ermənistana nəqli dayandırılıb
# 29 aprel 2010 00:35 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın Rusiya ilə həmsərhəd Kazbegi rayonunda sürüşmə nəticəsində Rusiya qazını Ermənistana ötürən magistral qaz kəməri zədələnib. Bu barədə Gürcüstan qaz və neft korporasiyasından məlumat verilib.

Zədələnmə nəticəsində Rusiya qazının Ermənistana nəqli müvəqqəti olaraq dayandırılıb. Hadisə yerində təmir briqadaları işləyirlər.

Korporasiyadan bildirilib ki, qaz kəmərinin işinin bərpa olunmasına 2-3 gün lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR