Bank Of Baku

Ermənistana təbii qaz nəqli dayanıb

Ermənistana təbii qaz nəqli dayanıb
# 10 mart 2012 12:24 (UTC +04:00)
Bakı – APA. Rusiya təbii qazının Gürcüstan ərazisi vasitəsilə Ermənistana nəqli magistral qaz xəttində baş vermiş qəza ilə əlaqədar dayanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, martın 9-da axşam Tiflis yaxınlığındakı Mamkoda kəndində baş vermiş sürüşmə nəticəsində qaz kəməri zədələnib. Hadisə yerinə gedən Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri bərpa işləri üçün bütün lazımi texnikanın cəlb olunduğunu deyib. O bildirib ki, qaz nəqlinin bərpası üçün 2-3 günə ehtiyac var: “Bazar ertəsi axşam, uzağı ikinci gün səhər qaz tranziti bərpa olunacaq”.

Qeyd edək ki, Ermənistandakı müəssisələr və digər vacib istehlakçılar bu cür situasiyalarda Abovyan yeraltı qaz anbarındakı ehtiyatlar hesabına qazla təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR