Bank Of Baku

Moldovanın hakim koalisiyası prezidentliyə yeni namizədini razılaşdırıb

Moldovanın hakim koalisiyası prezidentliyə yeni namizədini razılaşdırıb
# 12 mart 2012 16:48 (UTC +04:00)
APA-nın “Novosti-Moldova”ya istinadən xəbərinə görə, prezidentliyə Ali Magistratura Şurasının sədri, 63 yaşlı Nikolae Timoftinin namizədliyi irəli sürüləcək.

İctimai fiqur sayılmayan N.Timofti 1970-ci illərdə hüquq təhsili alıb və o vaxtdan məhkəmə orqanlarında çalışıb. Ali Məhkəmənin üzvü, Kişinyov Apellyasiya Palatasının sədri, Moldova Hakimlər Assosiasiyasının rəhbəri olub. 2011-ci ilin martından rəhbərlik etdiyi Ali Magistratura Şurası hakimlərin təyinatı və intizam məsuliyyətinə cəlb edilməsi ilə məşğul olur.

Qeyd edək ki, bundan əvvəl hakim koalisiya parlamentin spikeri Marian Lupunun prezidentliyə namizədliyini irəli sürüb. Lakin bir neçə uğursuz cəhddən sonra o, iddiasından geri çəkildiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR