Bank Of Baku

Gürcüstanın qərb bölgəsində çovğunla müşayiət olunan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib

Gürcüstanın qərb bölgəsində çovğunla müşayiət olunan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib
# 12 mart 2012 21:25 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Dünən günortadan bir az sonra Gürcüstanın qərb bölgəsinə güclü külək və çovğunla müşayiət olunan qar yağmağa başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu saatlarda Kutaisi şəhərindən 150 km-dən artıq avtomobil yolunda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Gürcüstan paytaxtının 15-20 kilometrliyinə qədər uzanan yolda bir neçə avtomobil qəzası baş verib. Tiflisdən Qori və Kutaisi istiqamətinə və əksinə sərnişin daşıyan iki mikroavtobus yolların buz bağlaması nəticəsində yoldan çıxaraq aşıb. Bir Mersedes markalı avtomobil isə yolun kənarındakı çuxura düşüb. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yolun buz bağlanması və bu səbəbdən qəza hadisələrinin nəticəsində yol hərəkətinin təhlükəsizliyinə nəzarət edən polislərin və yol xidməti işçilərinin səyi ilə bir saata qədər bağlanan yol açılıb. Hazırda yol xidməti işçiləri tərəfindən yollar qardan təmizlənir, qum və duz səpilir.
Gürcüstanın qərb bölgəsində qarın daha da güclənməsi müşahidə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR