Bank Of Baku

Valentina Matviyenko: “Məmurların xərclərinə nəzarət haqqında qanunun qəbulu Rusiyada məmurlara inamı artıracaq”

Valentina Matviyenko: “Məmurların xərclərinə nəzarət haqqında qanunun qəbulu Rusiyada məmurlara inamı artıracaq”
# 14 mart 2012 12:28 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Məmurların xərclərinə nəzarət haqqında qanunun qəbulu Rusiyada məmurlara inamı artıracaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Şurasının sədri Valentina Matviyenko bu gün keçirdiyi brifinqdə deyib. O, qanun layihəsini şərh edərkən korrupsiyanın təkcə Rusiyada deyil, bütün dünya ölkələrində bu və ya digər səviyyələrdə mövcud olduğunu söyləyib: “Bu qanunun qəbulu o demək deyil ki, Rusiyada məmurlar rüşvətxordur. Rusiya hökuməti korrupsiyaya qarşı güclü mübarizə aparır. Qanun layihəsi bu mübarizənin hüquqi əsaslarını təşkil edir”.
Qeyd edək ki, qanun layihəsinə əsasən məmurlar ailələrinin illik gəlirini 3 dəfə üstələyən hər bir alışa görə pul vəsaitlərinin mənşəyini izah etməli olacaqlar. Bunu edə bilməyən məmurlar işdən azad olunacaq, aldıqları isə müsadirə ediləcək. Vəsaitlərin qanunsuz mənşəyə malik olduğu sübuta yetirilərsə, məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Daşınmaz əmlak, nəqliyyat vasitəsi, səhmlər və digər qiymətli kağızlar əldə olunması üzərində ciddi nəzarət tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR