Bank Of Baku

Gürcüstan prezidenti Marneulidə keçiriləcək Novruz şənliklərinə qatılacaq

Gürcüstan prezidenti Marneulidə keçiriləcək Novruz şənliklərinə qatılacaq
# 14 mart 2012 14:17 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili bildirib. Onun sözlərinə görə, keçən il ölkə prezidentinin sərəncamı ilə Gürcüstanda Novruz bayramı ümumxalq bayramı elan olunub və həmin gün qeyri-iş günü sayılır: “Novruz bayramı Gürcüstan dövlətinin dəstəyi ilə çox geniş şəkildə qeyd olunacaq. Mən bu gözəl bayramın detallarını əvvəlcədən açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bu bayramın keçirilməsini Gürcüstan prezidenti, Kvemo-Kartli bölgə qubernatorluğu, rayon rəhbərləri çox böyük maraqla planlaşdırıblar”.
Dövlət naziri region əhalisinin bu bayramdan razı qalacaqlarını bildirib. “Gürcüstanda bayramlar çoxdur. Lakin Novruz bayramı öz əlamətləri ilə seçilir. Bu bayram çox maraqlı və cəlbedici olacaq. Eyni zamanda bu tədbir Gürcüstanın bütün ərazilərində qeyd olunacaq, əlbəttə ki, episentr bizim azərbaycanlı vətəndaşlarımızın kompakt yaşadığı bölgələr olacaq. Novruz-yeni ilin başlanğıcıdır. Buna görə də bu gözəl bayram Yeni il kimi qeyd olunur. Ölkəmizdə isə biz bunu ümummilli bayram kimi qeyd edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR