Bank Of Baku

Marneulidə əlillərlə görüş keçirilib

Marneulidə əlillərlə görüş keçirilib
# 16 mart 2012 18:57 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneuli rayonunun Lejbəddin kəndində Novruz bayramı münasibəti ilə 17 nəfər əlil ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Azərbaycanlı Əlillər Assosiyasiyasının (GAƏA) təşkilatçılığı və yardımı ilə birinci dərəcəli əlil Allahqulu Səfərov və Müşfiq Məmmədova əlil arabası və digər əlillərə Novruz sovqatı təqdim olunub. Tədbirdə QHT nümayəndələri, kənd ziyalıları, KİV nümayəndələri iştirak ediblər. Kənd sakinləri bayram hədiyyəsi üçün GAƏA rəhbərliyinə təşəkkür ediblər.
Xatırladaq ki, GAƏA-nın sədri Rövşən Əliyevin özü iki gözdən əlildir. Onun rəhbərlik etdiyi təşkilat 2000-ci ilin fevral ayının 25-dən fəaliyyət göstərir. Assosiyasiyanın 410 nəfər əlil üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR