Tiflisdə Firdovsinin “Şahnamə” əsəri gürcü dilinə tərcümə edilib
16 mart 2012 19:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İranın Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin və Tiflis Dövlət Universitetinin iranşünaslıq departamentinin təşkilatçılığı ilə şairə və tərcüməçi Bela Şavlaşvilinin tərcüməsində gürcü dilində çıxan “Şahnamə” əsərinin təqdimatı keçirilib.
Qeyd edək ki, tərcüməçi bu əsərin tərcüməsinə görə İranın “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb. Təqdimat mərasimində İran səfiri Məcid Səmədzadə Sabiri tərcüməçi Bela Şavlaşviliyə İran prezidentinin imzası ilə beynəlxalq mükafata layiq görülməsi tərifnaməsini təqdim edib.
Firdovsinin “Şahnamə” əsəri İran səfirliyinin mədəniyyət şöbəsinin dəstəyi ilə nəşr olunub.

MDB
Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər təxliyə edilib - VİDEO
21:58
18 may 2024
Lavrov: “Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar”
21:21
18 may 2024
Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub
18:17
18 may 2024
Zelenski Makronun "Olimpiya atəşkəsi" təklifini rədd edib
10:37
18 may 2024