Bank Of Baku

Minsk metrosunda törədilən terror aktında təqsirli bilinən Vladislav Kovalyov edam olunub

Minsk metrosunda törədilən terror aktında təqsirli bilinən Vladislav Kovalyov edam olunub
# 17 mart 2012 14:05 (UTC +04:00)
Bakı – APA. Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən Vladislav Kovalyov edam olunub.

APA-nın məlumatına görə, bu gün Vitebskda yaşayan V.Kovalyovun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.

Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. Nəticədə 15 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. İstintaq nəticəsində məlum olub ki, terror aktı Vitebsk şəhərindən olan iki fəhlə Vladislav Kovalyov və Dmitri Konovalov tərəfindən törədilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR