Bank Of Baku

Belarus Minsk metrosunda terror aktında təqsirlən şəxslərin güllələndiyini təsdiq edib

Belarus Minsk metrosunda terror aktında təqsirlən şəxslərin güllələndiyini təsdiq edib
# 17 mart 2012 21:24 (UTC +04:00)
Bakı – APA. Belarusun İctimai telekanalı Minsk metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən iki şəxsin Dmitriy Konovalovun və Vladimir Kovalyovun güllələndiyini bildirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, telekanalın diktoru bildirib ki, bu iki şəxs barədə ölüm cəzasını Belarusun Ali məhkəməsi törədilən cinayətin ağırlığını nəzərə alaraq çıxarıb.
Xatırladaq ki, Minsk Metropoliteninin «Oktyabrskaya» stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. Nəticədə 15 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. İstintaq nəticəsində məlum olub ki, terror aktı Vitebsk şəhərindən olan iki fəhlə Vladislav Kovalyov və Dmitri Konovalov tərəfindən törədilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR