Bank Of Baku

Ermənistanda keçiriləcək parlament seçkilərində səkkiz partiya və bir seçki bloku iştirak edəcək

Ermənistanda keçiriləcək parlament seçkilərində səkkiz partiya və bir seçki bloku iştirak edəcək
# 23 mart 2012 08:55 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya”ya istinadən xəbərinə görə, səkkiz partiya və bir seçki bloku öz namizədlərinin siyahısını təqdim edib.

Hakim koalisiyaya daxil olan üç partiya - Ermənistan prezidenti Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası, məşhur oliqarx Qagik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” və “Orinats Yerkir” (Qanunçuluq ölkəsi) partiyaları da namizədlər siyahılarını açıqlayıb

Ermənistanın əsas müxalif siyasi qüvvəsi olan sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi də seçkilərdə iştirak etmək niyyətindədir. Bundan başqa, Daşnaksütun, “İrs”, Demokrat, Kommunist və “Birləşmiş ermənilər” partiyaları da seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, Ermənistan parlamenti 131 deputatdan ibarətdir. Onlardan 90-nı partiya siyahısı ilə, qalanı isə birmandatlı dairələr üzrə seçilir. May ayında keçiriləcək parlament seçkilərində 41 majoritar mandat uğrunda 180 namizəd mübarizə aparacaq. Birmandatlı dairələr üzrə daha çox namizəd müxalif Erməni Milli Konqresi tərəfindən irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR