Bank Of Baku

Ramaz Nikolaişvili: “Marabda-Kartsaxi dəmiryolu xətti-əsrin layihəsidir”

Ramaz Nikolaişvili: “Marabda-Kartsaxi dəmiryolu xətti-əsrin layihəsidir”
# 24 mart 2012 02:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Marabda-Kartsaxi dəmiryolu xətti bizim üçün çox vacib layihədir. Bu, əsrin layihəsidir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya açıqlamasında Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili bildirib. “ Bu layihədə Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə çalışır. Layihənin tikintisi normal gedir. Mən layihənin Koordinasiya Şurasının üzvü kimi aprelin əvvəlində keçiriləcək koordainasiya şurasının iclasına dəvət almışam. Türkiyə tərəfi də bu iclasa gələcək. Biz - Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin iqtisadiyyat rabitə və nəqliyyat naziri Binəli Yıldırımla birlikdə Marabda-Kartsaxi dəmiryol xəttinin problemlərini müzakirə edəcəyik. Hazırda Türkiyədə qarın çox yağması işimizə mane olur. Biz 2 min metr yüksəkliyə həmlə etməyə hazırlaşırıq. Bunun üçün texnikamız hazırdır. Biz Türkiyədən və Azərbaycandan lazım olan əlavə texnika da gətirmişik. Görüləcək işləri müzakirə etmək üçün biz hər iki həftədən bir toplantı keçirəcəyik. Bakı-Tbilisi-Qars layihəsi təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni yox, Asiyanı Avropa ilə birləşdirəcək. Marabda-Kartsaxi dəmiryolu xəttini biz vaxtında istifadəyə verəcəyik. Çalışırıq ki, Marabda-Kartsaxi dəmiryolu xəttinin tikintisi bu il plana uyğun yerinə yetirilsin. Bu il biz dəmiryolu xəttinin tikintisini, gələn il isə stansiyanın tikintisini sona çatdıracağıq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR