Bank Of Baku

Dağıstanda polis postuna hücum edilib

Dağıstanda polis postuna hücum edilib
# 24 mart 2012 04:21 (UTC +04:00)
Bakı-APA. Dağıstanda naməlum şəxslər « Qafqaz » federal yolunda polis postundakı hüquq-mühafizə əməkdaşlarını atəşə tutublar.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cəmikəd yaşayış məntəqəsi yaxınlığında baş verib. Polis əməkdaşları cavab atəş ilə cinayətkarlardan bir nəfəri öldürüblər. Dağıstan DİN-dən bildiriblər ki, cinayətkarlar "Qazel" markalı avtomobil ilə hərəkət edərək polislərə atəş açıblar. Avtomobilin sürücüsü və daha bir nəfər yaxınlıqdakı meşə massivinə qaçmağa müvəffəq olublar.
Hadisə nəticəsində polis əməkdaşlarından xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR