Bank Of Baku

ABŞ nümayəndə heyəti İran prezidentinin çıxışı zamanı konfrans zalını tərk edib

ABŞ nümayəndə heyəti İran prezidentinin çıxışı zamanı konfrans zalını tərk edib
# 26 mart 2012 22:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Martın 26-da Tacikistanın paytaxtı Düşənbə şəhərində Saman Sarayında V Əfqanıstan beynəlxalq iqtisadi konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə 40 ölkənin xarici işlər naziri, 33 beynəlxalq qurum və təşkilatın nümayəndələri iştirak edib. Konfransda İran prezidenti Mahmud Əhmədinejadın ABŞ və NATO-nun regionda siyasətini kəskin tənqid etməsi etirazla qarşılanıb. O deyib ki, Əfqanıstanda problemlərə səbəb NATO ölkələri, xüsusilə də ABŞ-ın xarici siyasətidir: “Ona görə də xarici ölkələrin silahlı qüvvələri dərhal Əfqanıstandan çıxmalıdır. ABŞ bu gün terrorizmlə mübarizə bəhanəsi ilə aşkar formada Şərqə hücum etmək, Çin, Hindistan və Rusiya ilə mübarizə aparmaq niyyəti güdür. Ancaq ABŞ və NATO artıq dünyaya öz şərtlərini diktə edə bilməz”.

ABŞ nümayəndə heyəti etiraz əlaməti olaraq İran prezidentinin çıxışı zamanı konfrans zalını tərk edib. Onlar yalnız M. Əhmədinejad çıxışını bitirdikdən sonra yenidən zala qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR