Bank Of Baku

Ukrayna Prokurorluğu Yuliya Timoşenkodan 2,4 mln. dollar tələb edir

Ukrayna Prokurorluğu Yuliya Timoşenkodan 2,4 mln. dollar tələb edir
# 28 mart 2012 16:27 (UTC +04:00)
Bakı - APA. Ukrayna Prokurorluğu sabiq baş nazir Yuliya Timoşenkoya qarşı iddia ərizəsi hazırlayıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Blajivski açıqlama verib.

Onun sözlərinə görə, iddiada keçmiş hökumət başçısından 2,4 mln. dollar tələb olunur: “Bu tələb Y.Timoşenkonun 1990-cı illərdə rəhbərlik etdiyi “Ukrayna Vahid Enerji Sistemləri” şirkətinin işi ilə əlaqədardır və bu iş üzrə vurulan bütün zərəri ehtiva edir”. Yaxın günlərdə iddia məhkəməyə göndəriləcək.

Qeyd edək ki, sabiq baş nazir ötən il Rusiya ilə bağladığı qaz sazişlərinə görə səlahiyyət həddini aşmaqda ittiham edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub və “Naftoqaz” şirkətinə 187 mln. dollar ödəməyə məhkum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR