Bank Of Baku

Moskvanın ən böyük göydələninin 67-ci mərtəbəsində yanğın baş verib

Moskvanın ən böyük göydələninin 67-ci mərtəbəsində yanğın baş verib
# 02 aprel 2012 22:40 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında hündürmərtəbəli binada yanğın baş verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Krasnopresnenskiy sahil xəttində yerləşən “Moskva City” şəhərciyində baş verən yanğın 300 kvadratmetr səhani əhatə edib. Yanğın Bakı vaxtı ilə 21:00 radələrində hündürmərtəbəli binanın 67-ci mərtəbəsində baş verib.
Yanğın yerinə çoxlu yanğın söndürən maşınlar və helikopterlər cəlb olunub. 3 saata yaxın davam edən yanğın nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilib. Yanğının səbəbi kimi "Zapad" adlı göydələndə aparılan təmir tikinti işlərindən çıxan qığılcımın olması göstərilir.
Qeyd edək ki, yanğının baş verdiyi “Moskva City” çoxlu sayda ticarət bə biznes mərkəzlərinin yerləşdiyi bir şəhərcikdir. Keçmiş mer Yuri Lujkovun vaxtında əsası qoyulan şəhərcikdə hələ tikinti işləri davam edir. Moskva çayının sahilində yerləşən “Moskva City” görkəmcə Nyu-Yorku xatırladır. Şəhər başdan ayağa göydələnlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR