Bank Of Baku

Marneulidə milli azlıqlara informasiyanın çatdırılması və milli mətbuatın inkişafı və problemləri ilə bağlı tədbir keçirilib

Marneulidə milli azlıqlara informasiyanın çatdırılması və milli mətbuatın inkişafı və problemləri ilə bağlı tədbir keçirilib
# 06 aprel 2012 22:30 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Marneuli İcra Hakimiyyətinin binasında Gürcüstanın Ombudsman idarəsinin təşkilatçılığı ilə Gürcüstanda nəşr olunan Azərbaycandilli qəzet və jurnal redaktorları, QHT-lər, Gürcüstan dövlət strukturlarının, televiziya əməkdaşlarının, Ombudsman aparatı nümayəndələrinin, media ekspertlərin, Kvemo-Kartli bğlgə qubernatorluğu rəsmilərinin iştirak etdiyi “Ölkədə baş verən proseslərin, dəyişikliklərin sistemli şəkildə milli azlıqlara çatdırılması və Azərbaycandilli mətbuatın nəşri və yayılması problemləri ” mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən etnik azlıqlar şurasının koordinatoru Koba Çopliani açaraq mövzunun bu gün üçün çox aktual və vacib olduğunu bildirib. Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Gürcüstan Ombudsmanının müavini Tata Xuntsariya, Gürcüstanın Milli Təhlükəsizlik Katibinin müavini Tamar Kintsuraşvili, BMT-nin İnkişaf Proqramının rəhbəri Natiya Natsvelişvili, Milli İnteqrasiya Fondunun sədri Zaur Xəlilov, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) direktoru Zviad Devdoriani, Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin orqanı olan “Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə, AMM-in nəzdində nəşr olunan “Region press” qəzetinin redaktoru Binnət Məmmədov, Marneuli televiziyasının rəhbəri Şalva Şubladze, ANS-in Gürcüstan müxbiri Ramilə Əliyeva, Gürcüstan Azərbaycanlılarının Gənclər İttifaqının sədri Leyla Məmmədova, “Mtredi” QHT rəhbəri Səbinə Talıbova və başqaları mövzu ilə bağlı çıxış edərək Kvemo-Kartli bölgəsində kompakt yaşayan azərbaycanlılara ölkədə baş verən proseslərin, ölkə parlamentinin qəbul etdiyi qanunların, Gürcüstan dövlətinin siyasəti ilə bağlı informasiyaların azərbaycanlılara gec çatdığını və yerli televiziya verilişlərinin azərbaycanlıların yaşadığı əraziləri kifayət qədər əhatə etmədiyini bildiriblər. Çıxışçılar informasiya qıtlığı olan boşluqları doldurmaq üçün dövlətin dəstəyi və qayğısının vacib olduğunu vurğulayıblar. Tədbirdə medianın problemlərindən, jurnalist kadrlarının az olduğundan, KİV-lər arasında əlaqənin zəif olması barədə fikirlər də səsləndirilib.
Sonra tədbir dialoq şəkilində davam etdirilib. Tədbirdə milli azlıq KİV-ləri nümayəndələrinin fəaliyyətinin tənzimlənməsi və onlara qayğı və dəstək üçün Media Şurasının yaradılması, azərbaycanlı və gürcü jurnalistləri arasında şəbəkə yaradılması, jurnalistlərin təkmilləşməsi, mətbuatla bağlı treninqlər keçirilməsi, gənc jurnalistlərin yetişdirilməsi haqqında təkliflər və rəylər söylənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR