Bank Of Baku

Moskvanın mərkəzində naməlum şəxslər 33 yaşlı azərbaycanlı gənci qətlə yetiriblər

Moskvanın mərkəzində naməlum şəxslər 33 yaşlı azərbaycanlı gənci qətlə yetiriblər
# 10 aprel 2012 22:35 (UTC +04:00)
“Vtoroya Bretskaya” 43 ünvanın yaşayan 33 yaşlı Mətin Mehdiyev evinin giriş qapısında naməlum şəxslər tərəfindən çoxlu sayda bıçaq zərbələri nəticəsində qətlə yetirilib.

Mərhumun ailəsi ilə birlikdə həmin ünvanda yaşadığı bildirilib. Qeyd olunur ki, axşam saatlarında Mehdiyev ərzaq almaq üçün evdən çıxıb.

Şahidlərinin verdiyi məlumata görə, qətli törədən şəxslər arasında qız da olub.Qətlin qarət məqsədi ilə törədildiyi istisna olunur. Çünki mərhumun üzərindən heç nə oğurlanmayıb.

Xatırladaq ki, 2003-cü ildə Mehdiyev milliyyətçilərin hücumu nəticəsində yaralanmışdı.

Faktla bağlı Moskva hüquq mühafizə orqanları araşdırma aparırlar.

Qeyd edək ki, M.Mehdiyev Rusiyada İslam xadimi kimi tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR