Bank Of Baku

Vladimir Putin bir nəfərin 3 dəfə prezident seçilməsinə qadağa qoyulmasını mümkün sayır

Vladimir Putin bir nəfərin 3 dəfə prezident seçilməsinə qadağa qoyulmasını mümkün sayır
# 11 aprel 2012 13:36 (UTC +04:00)
Bakı – APA. May ayında Rusiyada üçüncü dəfə prezident kreslosuna əyləşəcək baş nazir Vladimir Putin Konstitusiyanı dəyişərək bir nəfərin 3 dəfə prezident seçilməsinə qadağa qoyulmasını mümkün sayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Putin Dövlət Dumasında hökumətin fəaliyyətinə dair yekun hesabatla çıxış etdikdən sonra deputatların suallarını cavablandırıb. O, Konstitusiyadakı “iki müddət dalbadal” ifadəsini sadəcə olaraq “iki dəfə” ifadəsi ilə əvəz etməyin mümkünlüyünü bildirib: “Hesab edirəm ki, bu məqbuldur və bütün fraksiyalarla bunu müzakirə etmək olar”.

Qeyd edək ki, Rusiya Konstitusiyasının 81-ci maddəsinin 3-cü bəndində deyilir: “Bir nəfər iki müddət ardıcıl prezident vəzifəsini tutduqdan sonra üçüncü dəfə ardıcıl bu vəzifədə çalışa bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR