Bank Of Baku

Avropa Şurasının komissarı Tomas Hammerberq: “Gürcüstan hökuməti Ahıska türkləri ilə yerli ermənilər arasında qarşıdurma yaranacağından ehtiyatlanır”

Avropa Şurasının komissarı Tomas Hammerberq: “Gürcüstan hökuməti Ahıska türkləri ilə yerli ermənilər arasında qarşıdurma yaranacağından ehtiyatlanır”
# 19 fevral 2007 08:10 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Gürcüstana səfəri zamanı ölkədə milli azlıqların durumu və Ahıska türklərinin repatriasiyası məsələsi diqqət mərkəzində olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, T. Hammerberq Ahıska türklərinin öz tarixi yurd-yuvalarına qaytarılmasının gecikməsindən narazılığını bildirib: “Gürcüstanın bununla bağlı öhdəliyi var. Türklərin bəziləri öz iradələri ilə qayıdıblar. Amma repatriasiya proqramının yerinə yetirilməsinə hələ başlanılmayıb. Hökumət xüsusi qanun layihəsi hazırlasa da, parlamentə təqdim etməyib”. T. Hammerberq deyib ki, bu məsələ ilə bağlı Gürcüstanın hökumət dairələrində müəyyən qorxular var: “Qorxu öz vətənlərinə köçürüləcək türklərlə Gürcüstanın erməni əhalisi arasında qarşıdurma yaranması ehtimalı ilə əlaqədardır. Mümkün münaqişənin qarşısını almaq üçün yerli əhalini məlumatlandırmaq lazımdır ki, türklərin öz vətənlərində yaşamağa qanuni haqları var”. Qeyd edək ki, T. Hammerberq 11-18 fevral tarixlərində Gürcüstanda səfərdə olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR