Gürcü-abxaz münaqişəsi zonasında silahlı toqquşma olub
21 sentyabr 2007 08:30 (UTC +04:00)
Gürcüstanın daxili işlər naziri Vano Merabişvili 20 nəfərə yaxın şəxsdən ibarət təxribatçı dəstənin Tkvarçeli rayonun Xocal dağları istiqamətindən Abxaziyanın Gürcüstanın nəzarətində olan yuxarı hissəsinə daxil olduğunu bildirib. Yolun mühafizəsi ilə məşğul olan şəxslər silahlı qrupu görən kimi Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsini hadisə yerinə çağırıblar. Xüsusi təyinatlılarla təxribatçılar arasındakı atışmada iki təxribatçı öldürülüb, altısı yaxalanıb. V. Merabişvili deyib ki, öldürülən şəxslərdən biri dəstənin komandiridir və böyük ehtimalla milliyyətcə rusdur. O, yaxalananların arasında da başqa millətlərin nümayəndələrinin olduğunu açıqlayıb: “Onların üzərində şəxsiyyətlərini təsdiq edən sənəd yoxdur. Ona görə də hazırda bununla bağlı araşdırma aparılır”. Nazirin sözlərinə görə, təxribatçı qrupun məqsədi yol tikintisinə mane olmaq, Kodor dərəsi ilə Gürcüstanın digər hissəsi arasında əlaqəni kəsmək və yuxarı Abxaziyada bir neçə diversiya aktı həyata keçirmək olub. Hadisədən sonra Zuqdidi şəhərində Gürcüstan hüquq-mühafizə və güc strukturları rəhbərlərinin təcili müşavirəsi keçirilib.
Abxaziya separatçılarının lideri Sergey Baqapş isə gürcü təxribatçı dəstəsinin tanınmamış respublikanın ərazisinə soxulduğunu və abxaz hərbçilərinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, atışmada iki abxaz hərbçisi həlak olub, bir neçəsi yaralanıb. Münaqişə zionasındakı MDB sülhməramlılarının komandanı Sergey Çaban atışma faktını təsdiqləsə də, ölən və yaralananlar haqqında məlumatı olmadığını söyləyib. /APA/

MDB
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
19:31
7 may 2024
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
17:05
7 may 2024
Belarus TŞ: Taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq
16:57
7 may 2024
Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
16:37
7 may 2024