Robert Simmons: “Gürcüstan NATO-ya üzv qəbul olmazdan əvvəl Rusiya ilə problemlərini həll etməlidir”
26 sentyabr 2007 11:07 (UTC +04:00)
“Ermənistan NATO-ya daxil olmağa hazırlaşmır. Bir daha bəyan edirəm ki, İPAP proqramında iştirak ölkənin alyansa daxil olmağa hazırlaşması ilə bağlı deyil”. APA-nın məlumatına görə, bu fikirləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons “Panarmenian” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, alyansa üzv olmaq istəyən Ukrayna və Gürcüstan kimi ölkələr başqa qrafik üzrə çalışacaqlar: “Gürcüstana gəldikdə isə, bu ölkə ilk öncə qonşu dövlətlərlə münasibətləri normallaşdırmalı, daha sonra NATO-ya üzv qəbul olunmaq istəyini açıqlamalıdır. Biz qarşıdurmanın iştirakçısı olmaq istəmirik, NATO-nun başqa məqsədi var. İstənilən halda Gürcüstan 2008-ci ildə alyansın üzvü olmayacaq. Bu, çox uzun müddət tələb edən prosesdir. Əgər irəli sürülən tələblər yerinə yetirilsə, o zaman növbəti mərhələ haqqında danışmaq olar. Bildiyimə görə, Azərbaycan da yaxın dövrlərdə NATO-ya daxil olmaq niyyətində deyil. Bu gün NATO-nun genişləndirilməsi məsələsi gündəmdə deyil”. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024