ABŞ-ın qlobal infrastruktur şirkəti AECOM-un nümayəndələri TRIPP layihəsi çərçivəsində dəmir yolu mühəndisliyi üzrə araşdırmanın ilkin nəticələrini təqdim etmək və əlavə infrastruktur investisiyaları imkanlarını müzakirə etmək məqsədilə bu həftə Ermənistana səfər ediblər.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfər AECOM-un Ermənistanda həyata keçirdiyi dəmir yolu mühəndisliyi üzrə araşdırmanın yekunlaşmaq üzrə olduğu dövrə təsadüf edib.
Səfər çərçivəsində şirkət nümayəndələri araşdırmanın ilkin nəticələrini Ermənistanın yüksəkvəzifəli rəsmilərinə təqdim ediblər. Görüşlərdə, həmçinin TRIPP layihəsi çərçivəsində əlavə infrastruktur investisiyalarının mümkün istiqamətləri müzakirə olunub.