Bank Of Baku

Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinə yenə QRU rəisi rəhbərlik edəcək

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov

© APA | Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov

# 03 fevral 2026 14:08 (UTC +04:00)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidə danışıqlarının ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibinin dəyişməz qaldığını, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukovun rəhbərlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarının ikinci raundu fevralın 1-də keçirilməli idi. Lakin görüşün vaxtı sonradan fevralın 4-5-nə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR