Ermənistanda etiraz aksiyalarında saxlanılanların sayı 226-ya çatıb - VİDEO - YENİLƏNİB-2

Ermənistanda etiraz aksiyalarında saxlanılanların sayı 226-ya çatıb - VİDEO  - YENİLƏNİB-2
# 27 may 2024 11:02 (UTC +04:00)

İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

APA-nın “Armenia Today” saytına istinadən xəbərinə görə, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.

O deyib ki, təcridxanaya aparılanlar arasında “Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.

***

10:11

Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

***

09:08

Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

08:19

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR