İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.
APA-nın “Armenia Today” saytına istinadən xəbərinə görə, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.
O deyib ki, təcridxanaya aparılanlar arasında “Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.
***
10:11
Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
***
09:08
Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
08:19
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.