Bank Of Baku

Kreml Sandunun Dnestryanı ilə bağlı mövqeyinə görə təəssüflənir

Maya Sandu

© APA | Maya Sandu

# 02 oktyabr 2025 13:20 (UTC +04:00)

Moldova Prezidenti Maya Sandunun Rusiya qüvvələrinin Dnestryanı ərazini tərk etməsi üçün həll yolunun tapılmasının zəruriliyi ilə bağlı açıqlamaları Kremldə təəssüf doğurur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, belə mövqeyə yalnız təəssüf etmək olar.

Qeyd edək ki, Moldovada keçirilən parlament seçkilərində qələbədən sonra Sandu Kişinyovun şərtləri ilə Dnestryanını Moldova Respublikasına yenidən inteqrasiya etmək niyyətində olduğunu bəyan edib. Moldova Prezidenti hesab edir ki, buna nail olmaq üçün Rusiya ordusu regionu tərk etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR