Avropa İttifaqının ayırmaq niyyətində olduğu təxminən 50 milyon avroluq maliyyə yardımı Ermənistana iqtisadi dəstək baxımından heç nəyi həll etməyəcək.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu, heç nəyi həll etmir. Bu, o məbləğlər deyil. Ermənistanla ticarət həcmlərimiz tamamilə fərqlidir. Mən hətta bu barədə şərh vermək istəmirəm", - deyə Overçuk vurğulayıb.