Rusiya Dövlət Dumasına seçkilərdən sonra Ukrayna ilə danışıqları bərpa etməyi planlaşdırırdı.
"TASS" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
Putinin sözlərinə görə, Ukrayna seçkilərə təxminən iki həftə qalmış danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Moskva isə Dövlət Dumasına seçkilərədək danışıqların keçirilməsinin çətin olacağını, səsvermədən sonra təmasları bərpa etməyə hazır olduğunu bildirib.
Rusiya Prezidenti iddia edib ki, bundan sonra, sentyabrın 19-dan 20-nə keçən gecə, səsvermənin əsas günü Moskva istiqamətində kütləvi dron hücumuna cəhd göstərilib. Onun sözlərinə görə, Moskva zonasına 1600-dən çox pilotsuz uçuş aparatı daxil olub. Rusiya rəsmiləri də həmin hücumların seçkilərin keçirilməsinə mane olmaq məqsədi daşıdığını iddia ediblər.
Putin, həmçinin seçki məntəqələrinə zərbələr endirildiyini bildirib. Onun sözlərinə görə, belə məntəqələrdən biri məktəbdə yerləşib və hücum nəticəsində məktəb binası, demək olar ki, dağıdılıb.