Bank Of Baku

Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir

Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir
# 19 dekabr 2024 14:53 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.

Putin qeyd edib ki, Rusiya Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim bazasından və Tartus bazasından istifadə etməyi təklif edib:

“Biz Suriyadakı siyasi qüvvələrlə münasibət saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, biz bu haqda düşünəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR