Bank Of Baku

Putin: Ukrayna üzrə plan “diplomatik dilə” tərcümə olunmalıdır, bəzi məqamlar gülünc səslənir

Putin: Ukrayna üzrə plan “diplomatik dilə” tərcümə olunmalıdır, bəzi məqamlar gülünc səslənir
# 27 noyabr 2025 17:40 (UTC +04:00)

Ukrayna ilə bağlı sülh müqaviləsi layihəsi olmayıb, yalnız müzakirə üçün bir sıra məsələlər toplusu olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Putin Cenevrə danışıqlarından sonra sülh planının 28 bəndinin dörd hissəyə bölünməsinə qərar verildiyini açıqlayıb.

Putin Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı müddəalar siyahısının gələcək razılaşmaların əsasını təşkil edə biləcəyi ilə razılaşdığını qeyd edib.

O əlavə edib ki, Ukrayna ilə bağlı plan layihəsinin “diplomatik dilə” tərcümə olunması lazımdır, çünki hazırda bəzi məqamlar gülünc səslənir.

“Trampın Ukrayna ilə bağlı sülh planında bu ərazilərin “de-fakto” Rusiya ərazisi kimi tanınması nə anlama gəlir, bəs hüquqi cəhətdən bu ərazilərin taleyi necə olacaq “sualına cavab verən Putin vurğulayıb ki, ABŞ ilə danışıqlarda Rusiyanın Krım və Donbas üzərində suverenliyinin tanınması əsas məqamlardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR