“Qazprom Armenia”nın dörd əməkdaşı həbs edilib.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqacanyan “Sputnik Armenia”ya bildirib.
Həmçinin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi üzrə Təftiş Orqanının yüksək vəzifəli əməkdaşı da saxlanılıb. Saxlanılan şəxslərdən biri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Söhbət normativ tələblər pozulmaqla tikilmiş yeni yaşayış binalarının qazlaşdırılması ilə bağlı müsbət rəyin alınması üçün rüşvət verilməsindən gedir.