Bank Of Baku

Kuşner Qəzza ilə bağlı danışıqlar üçün İsrailə səfər edəcək

Cared Kuşner

© APA | Cared Kuşner

# 14 avqust 2026 02:49 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner gələn həftə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər etməyi planlaşdırır.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev və ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurası Qəzza planının növbəti mərhələsinə keçməyə çalışır. Bu mərhələdə əsas diqqət HAMAS-ın tərksilah edilməsinə və İsrail qüvvələrinin mümkün çıxarılmasına yönəldiləcək.

Nəşr qeyd edir ki, İsrail Baş naziri Binyamin Netanyahunun hökuməti ABŞ-ın Qəzza ilə bağlı planına olduqca skeptik yanaşır. Oktyabrda İsraildə keçiriləcək parlament seçkiləri də məsələni siyasi baxımdan daha həssas edir.

ABŞ rəsmisi bildirib ki, Vaşinqton və İsrailin ümumi strateji məqsədləri var, lakin İsrail planla bağlı müəyyən şübhələr ifadə edib və tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün danışıqlar aparılacaq.

Kuşnerlə birlikdə Qəzza üzrə Sülh Şurasının yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenovun da İsrailə səfər edəcəyi gözlənilir. Kuşnerin Netanyahunun və digər İsrail rəsmilərinin görüşəcəyi, həmçinin Yaxın Şərqin digər ölkələrinə də səfər edə biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR